Dünya

BMT-nin baş katibi: “Pandemiya  medianın mövcudluğunu da təhlükəyə atıb”

BMT-nin Baş katibi Antonio Quterreşin Dünya Mətbuat Azadlığı Günü ilə bağlı videomüraciət ünvanlayıb.

Baş katib videomüraciətdə bildirir ki, COVID-19 pandemiyası ərzində üzləşdikləri qlobal çətinliklər etibarlı, doğruluğu təsdiq edilmiş və hər kəs üçün əlçatan informasiyanın insan həyatının xilasında və güclü, dayanıqlı cəmiyyətlərin qurulmasında olan önəmli rolunu vurğulayır.

Pandemiya, fövqəladə iqlim dəyişikliyi və digər böhranlarda jurnalistlər və media işçiləri təhlükə ərz edən yanlış məlumatları vurğulayaraq sürətlə dəyişən və böyük informasiya axınını anlamağımıza kömək edirlər.

Bir çox ölkələrdə, onlar sadəcə öz işlərini yerinə yetirdikləri üçün müxtəlif məhdudiyyətlər, senzura, təhqir, qısnama, həbs və hətta ölüm də daxil olmaqla böyük risklərə məruz qalırlar. Bu vəziyyət getdikcə pisləşir.

Pandemiyanın iqtisadi təsiri bir çox media orqanlarına ağır zərbə vurmaqla yanaşı, onların mövcudluğunu da təhlükəyə atıb.

Büdcələr daraldıqca etibarlı məlumata əlçatanlılıq da azalır. Nəticədə yaranan boşluğu şayiələr, yalanlar, ifratçı və ya  bölücü fikirlər boşluğu doldurur.

Bütün hökumətləri azad, müstəqil və fərqli medianı dəstəkləmək üçün əllərindən gələni etməyə çağıran Baş katib deyib ki, azad və müstəqil jurnalistika yalan məlumat və dezinformasiya ilə mübarizədə ən böyük müttəfiqimizdir.

BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Fəaliyyət Planı dünyanın hər yerində media işçiləri üçün etibarlı mühit yaratmağı hədəfləyir. Çünki məlumat ictimai dəyərdir.

Bu gün Azad, Müstəqil və Plüralist Afrika Mətbuatının İnkişafına dair “Windhoek” bəyannaməsinin 30-cu ildönümünü qeyd edirik. Son 30 ildə kütləvi informasiya vasitələrindəki dramatik dəyişikliklərə baxmayaraq, bəyannamənin təcili sürətdə mətbuat azadlığı və məlumatın sərbəst əldə edilməsi üzrə çağırışı hər zamankı kimi qüvvədədir.

Sonda o, bu çağırışı rəhbər vurğulayıb ki, media azadlığını qorumaq üçün səyləri artıraq  informasiya hər kəs üçün həyati ictimai dəyər olaraq qalsın.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button