Cəmiyyət

BMT QAK Azərbaycandakı proqramlarına ABŞ-ın dəstəyini alqışlayır

BMT-nin Qaçqınlar üzrə Agentliyi (BMT QAK) Amerika Birləşmiş Ştatları hökumətinə BMT QAK-ın Azərbaycandakı himayə və yardım proqramlarına göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

İstiqlal.az xəbər verir ki, ABŞ-ın Əhali, Qaçqın və Miqrasiya Məsələləri Bürosu öz davamlı dəstəyi ilə BMT QAK-ın Azərbaycandakı proqramlarının ən böyük donorudur. Bu dəstək sayəsində BMT QAK Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərə, eləcə də Azərbaycanda yaşayan və dolanışıq imkanları COVID-19 pandemiyasının mənfi təsirinə məruz qalan qaçqınlar və sığınacaq axtaranlara həyati əhəmiyyət kəsb edən humanitar yardımları həyata keçirib.

Birləşmiş Ştatların çevik maliyyələşdirmə işini üzərinə götürməsi mühüm əhəmiyyət daşıyır. Bu, BMT QAK-a ən çox ehtiyac içində və ya ən böyük risk altında olan köçkünlərə ən yaxşı şəkildə necə himayə və yardım etməsini müəyyənləşdirməyə imkan verir.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambroso deyib ki, Birləşmiş Ştatlar təkcə ardıcıl və etibarlı tərəfdaş deyil, həm də ciddi ehtiyacların yarandığı dövrlərdə həssas durumda olan qaçqınlara, məcburi köçkünlərə və vətəndaşlığı olmayan şəxslərə dəstək üçün əlavə fövqəladə yardım vəsaitlərini tərəddüd etmədən ayıran qayğıkeş və çevik bir donordu:“COVID-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi mövcud riskləri daha da dərinləşdirdiyi, habelə Azərbaycan daxilində yeni köçkünlük hallarını yaratdığı bir vəziyyətdə, biz, BMT QAK-ın ölkədəki qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər üçün himayəni, hüquqi dəstəyi davam etdirmək və onların durumu üçün dayanıqlı həll yollarının axtarılıb tapmaq üçün imkan yaradan uzunmüddətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdarıq”.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button