Gündəm

BMT təmsilçisi Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər edib

BMT-nin Azərbaycandakı nümayəndəliyinin münaqişədən zərər çəkmiş Bərdə, Ağdam və Tərtər rayonlarına üç günlük səfəri başa çatıb.

İstiqlal.az xəbər verir ki, səfərin əsas məqsədi BMT-nin bu rayonlarda gördüyü işləri, cari humanitar ehtiyacları, eləcə də fəaliyyətlərin əlaqələndirilməsini müzakirə etmək idi.

Səfər iştirakçıları yerli icra hakimiyyətlərinin başçıları və münaqişədən əziyyət çəkmiş icmaların nümayəndələri ilə görüşüblər.

Hərbi əməliyyatlar  dayandırıldıqdan sonra BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişə nəticəsində müvəqqəti olaraq yaşayış yerlərini tərk etmiş əhalinin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün təxirəsalınmaz tədbirlərə başlayıb. Ərzaq, sığınacaq, gigiyena, mina riski ilə bağlı maarifləndirmə, səhiyyə xidmətlərinin göstərilməsi, psixoloji və sosial dəstək, habelə təhsil sahələrində vacib ehtiyacları müəyyənləşdirmək və prioritetləşdirmək üçün BMT Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində ehtiyacların dəyərləndirilməsi üçün bir neçə missiya həyata keçirib.

Humanitar fəaliyyəti dəstəkləmək üçün BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin maliyyə vəsaiti ilə yanaşı təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button