İqtisadiyyat

BMW mikrosxem çatışmazlığına görə istehsalı azaldacaq

Almaniyanın BMW şirkəti komponentlərin, xüsusən də mikrosxemlərin kəskin çatışmazlığı səbəbindən Dinqolfinqdəki (Bavariya federal əyaləti) zavodda istehsalı azaldacağını elan edib.
“APA-Economics”in məlumatına görə, bu barədə DPA agentliyi şirkətin mətbuat katibliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, işçilərin növbəli iş qrafiki gələn bazar ertəsindən etibarən ləğv ediləcək. Həftədə iki növbə əvəzinə yalnız bir növbə olacaq. Hazırda sözügedən zavodda təxminən 17 min işçi çalışdığı bildirilir. Lakin bu cür yeniliklərin nə qədər işçini əhatə edəcəyi hələ bilinmir.
“Hazırda bir çox BMW avtomobil modellərinin istehsalında lazım olan komponentlər üçün mikrosxemlərin çatışmazlığı var”, – şirkətdən bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button