Dünya

Boliviyada mikroavtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb

Boliviyanın cənub-qərbində mikroavtobusun dərəyə yuvarlanması nəticəsində azı 5 nəfər ölüb.
“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli polisə istinadən xəbər verib.
Qeyd olunub ki, hadisə Potosi departamentində baş verib. Qəza nəticəsində daha üç nəfər yaralanıb.
Yaralananlar və ölənlər arasında departamentin rəsmi şəxsləri də var. Polis qəzanın səbəblərini araşdırmağa başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button