Dünya

Böyük Britaniyada “Pfizer” – “BioNTech” vaksini yeniyetmələrin peyvəndlənməsində tətbiq olunacaq

Böyük Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin vaksini 12-15 yaş arası yeniyetmələrin peyvəndlənməsində istifadə üçün rəsmən qəbul olunub.
“Report” xəbər verir ki, bu barədə Dərmanlar və Səhiyyə Məhsulları Tənzimləmə Agentliyinin (MHRA) açıqlamasında bildirilir. Açıqlamada aparılan klinik sınaqlar zamanı sözügedən vaksinin həmin yaş qrupu üçün təhlükəsiz və səmərəli olduğunun təsbit edildiyi diqqətə çatdırılır.
Bundan sonra Peyvəndləmə və İmunizasiya Müştərək Komitəsi (JCVI) sözügedən yaş qrupunun peyvəndləmədən keçirilib-keçirilməyəcəyinə dair qərar verməlidir.
Qeyd edək ki, mayın 28-də Avropa Dərmanlar Agentliyi (EMA) “Pfizer” – “BioNTech” vaksininin yeniyetmələri peyvəndləmək üçün istifadəsinə razılıq vermişdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button