Mədəniyyət

“Böyük Qayıdış” müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb

Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb.

Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak edən layihələr 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti kimi mövzulara həsr olunub.

Müsabiqədə 26 layihə fərqlənərək Pitçinq mərhələsində iştirak hüququ əldə edib.

Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Müsabiqənin Pitçinq mərhələsi aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək.

Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər.

Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək.

Aprelin 30-da www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

BƏDİİ FİLMLƏR

Təqdim edən şirkət Layihənin adı
1 “Oksimedia” MMC “Qələbə bizimdir”
2 “İnteraz Media and Broadcasting” MMC “Tanrının nəbzi”
3 “Nova Gorica” kino şirkəti “Mənəm, Yusif”
4 “Mediamaster” MMC “Vətən aslanları”
5 “Mozalan” studiyası MMC “İkinci planetin qırmızı rəngi”
6 “Karvan production” MMC “Çamadan”
7 “Karvan production” MMC “Arxa cəbhə”
8 “YFilm” prodakşın servis “Evə dönüş”
9 “Buta” film MMC “Ağdam”
10 “Debüt” studiyası “İki gün”
11 “Ultra Production” MMC “Hasar”
12 “Varyox” MMC “Qayıdış”

 

 

SƏNƏDLİ FİLMLƏR

Təqdim edən şirkət Layihənin adı
1 “Vətən TV” Media şirkəti MMC “General” (Mais Bərxudarov)
2 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya”
3 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları”
4 “Rakord” MMC “Torpaq və Su”
5 “Balans” MMC “Çin olan gizlinlər”
6 “Debüt” studiyası “Evimin səsi”
7 “Varyox” MMC “Güzgü”
8 “Cinema Art” “Ceyranın səyahəti”

 

 

ANİMASİYA FİLMLƏRİ

Təqdim edən şirkət Layihənin adı
1 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı”
2 “OB Film” MMC “Tarix”
3 “3 dost” MMC “Qayıtmışam”
4 “Pərifilm” MMC “Toxum”
5 “NN” film “Toxumun qayıdışı”
6 “Azanfilm” “Həyat davam edir”

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button