İqtisadiyyat

BP Azərbaycanda üç sosial layihəni başa çatdırıb

BP şirkəti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, “Petronas”, MOL, “Lukoil”, “Nico”, “Equinor”, “Inpex”, “ExxonMobil”, SGC, “Itochu”, ONGC, “Total”, “Eni” – adından özünün əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş üç layihənin uğurla tamamlandığını elan edib.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, bu layihələrin ümumi dəyəri təxminən 900 min manatdır. Layihələr Tovuz, Ağstafa və Kürdəmir rayonlarında həyata keçirilib.
Məlumata görə, 2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 mln. ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 mln. dollardan çox vəsait xərcləyib.
Qeyd edək ki, Azərbaycanda BP şirkətində 2 400 nəfərdən çox milli kadr işləyir və bu da şirkətin ixtisaslı işçilərinin 90%-ni təşkil edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button