İqtisadiyyat

BP Azərbaycandakı layihə üzrə ƏMSSTQ sənədinin layihəsini ictimaiyyətə təqdim edib

BP Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.
Məlumata görə, AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 1,5 km məsafədə, suyun təxminən 7 m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4 000 m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.
Qeyd edək ki, Şimal-Şərq perspektiv sahəsindəki birinci kəşfiyyat quyusu üçün ƏMSSTQ sənədi 28 avqust 2020-ci il tarixində 60 gün ərzində ictimaiyyətə açıqlanıb. Üçüncü quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə ediləcək sənəddə əhatə olunacaq.
Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.
ƏMSSTQ sənədinin tam layihə variantı Azərbaycan və ingilis dillərində hazırlanmış və BP-nin veb-saytına yerləşdirilib:
 https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/esias/swap/swap_bhex_esia_aze_290621.pdf
ƏMSSTQ sənədinin layihə variantına dair şərh və rəylər üçün:

doldurulmuş rəy formalarını [email protected] ünvanına elektron poçt vasitəsilə göndərməklə;
doldurulmuş rəy formalarını Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, “Port Baku”, BP Xəzər Mərkəzi ünvanına poçt vasitəsilə göndərməklə.

 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button