İqtisadiyyat

BP Azərbaycanın neft ehtiyatlarını yenidən qiymətləndirib

Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirmə göstəricilərini dəyişməyib.
Bu barədə “APA-Economics” şirkətin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.
İcmala əsasən, 2020-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel və ya 1 mlrd. ton təşkil edib, bu da 2019-cu ilin sonuna olan göstəriciyə bərabərdir.
Qeyd olunur ki, 2000-ci ilin axırına bu göstərici 1,2 mlrd. barel təşkil edirdi.
Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 244,4 mlrd. ton və ya 7 132,4 mlrd. barel təşkil edib (Azərbaycanın payı – 0,4%).
Qeyd edək ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun operatorudur. Azərbaycanda hasil edilən neftin böyük hissəsi məs bu yatağın payına düşür.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button