Dünya

BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib

BP şirkəti və Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinə ödənişin artırılması barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bu barədə “Habertürk” agentliyinə məlumatlı mənbələr bildirib.

Qeyd olunur ki, hazırda Türkiyə BTC ilə nəql olunan neftin hər bareli üçün 55 sent komissiya əldə edir, digər ölkələrdə bu rəqəm 1,5-2 dollar arasında dəyişir.

Məlumata əsasən, BP və Ankara Türkiyə üçün rüsumun artırılması üzrə razılaşma əldə edib. Bununla belə mənbələr yeni qiymətləri açıqlamayıb.

(

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button