İdman

Braziliya Amerika Kubokunda qələbə ilə başlayıb

Amerika Kuboku start götürüb.
Apasport.az saytının məlumatına görə, ilk gündə iki oyun keçirilib.
Turnirin təşkilatçısı Braziliya açılış matçında Venesuela ilə üz-üzə gəlib. B qrupunda yer alan “sambaçılar” rəqibini 3 cavabsız qolla üstələyib.
Qrupun digər matçında Kolumbiya Ekvador üzərində 1:0 hesablı qələbə qazanıb.
İyunun 15-də A qrupunda mübarizə start götürəcək. Argentina Çili ilə (01:00), Paraqvay isə Boliviya ilə (04:00) münasibətlərinə aydınlıq gətirəcək.
Amerika KubokuQrup mərhələsi, I turB qrupuBraziliya – Venesuela – 3:0Markinyoş, 23, neymar, 64 (pen.), Qabriel Barbosa, 89Kolumbiya – Ekvador – 1:0Kardona, 42

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button