Dünya

Braziliyada bir gündə 1917 nəfər virusdan ölüb

Braziliyada son sutkada COVID-19 pandemiyasına 64 903 yeni yoluxma və 1 917 ölüm faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan ölkədə 18 513 305 nəfər koronavirusa yoluxub. Koronovirus qurbanlarının ümumi sayı 516 119-a çatıb.
Xəstəxanalarda 1 218 050 koronavirus xəstəsi var. Ağır vəziyyətdə olan 8 318 virus xəstəsi intensiv müalicə alır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button