Dünya

Braziliyada COVID-19-a yoluxanların sayı 19 milyonu ötüb

Braziliyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 19 milyon nəfəri ötüb.
“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 48 504 nəfər artaraq 19 069 003 nəfərə, ölənlərin sayı isə 1 172 nəfər artaraq 532 949 nəfərə çatıb.
Hazırda müalicəsi davam edən 1 005 685 xəstədən 8 318 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Eyni zamanda, ölkədə 17 530 369 pasiyentin COVID-19 xəstəliyindən sağaldığı bildirilir.
Braziliya dünyada COVID-19 xəstəliyindən ölənlərin sayına görə 1-ci yeri tutur.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb.
Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb.
Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button