Dünya

Braziliyada öldüyü zənn edilən şəxs “dirilib” – VİDEO

Braziliyanın Tokantins ştatının Araquaina şəhərində ötən gün bir səyyar satıcının halı pisləşdiyinə görə öldüyü zənn edilib.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, 71 yaşlı Raimundo da Silva motosikllə işə çıxarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyü qənaətinə gələrək “cəsəd”i müvafiq şəkildə torbaya yerləşdirdikdən sonra vəziyyəti polisə bildirmək üçün hadisə yerindən ayrılıblar.
Lakin bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşları və müxbir həmin torbanın yüngülvari tərpəndiyinə fikir veriblər. Müxbir Covanni Pereira “G1” saytına açıqlamasında bağlı olan torbanın tərpəndiyini gördüyünü bildirib: “Polislər torbanı açanda onun ağzının qıraqlarından köpüklər çıxdığını gördüm. Kömək etmək istədim, ona 10 dəqiqə ərzində ürək masajı etdim”.
Bundan sonra həmin şəxs tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button