Dünya

Braziliyada təhlükəli virusdan ölənlərin sayı 434 mini keçdi

Braziliyada son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 65 221 yeni yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada koronavirusdan 1 930 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 15 586 534 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 028 355 nəfər müalicə olunaraq sağalıb, 434 715 nəfər vəfat edib.
Hazırda 1 123 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button