Dünya

Braziliyada virus 539 mindən çox insanı öldürüb

Braziliyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı durmadan artır.
“Report” xəbər verir ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 52 789 nəfər artaraq 19 262 518 nəfərə, ölənlərin sayı isə 1 552 nəfər artaraq 539 050 nəfərə çatıb.
Eyni zamanda, ölkədə 17 917 189 pasiyentin COVID-19 xəstəliyindən sağaldığı bildirilir.
Braziliya dünyada COVID-19 xəstəliyindən ölənlərin sayına görə 2-ci yeri tutur.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb.
Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb.
Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button