Dünya

Britaniya siyasətçisi Londonda atışma zamanı xəsarət alıb

Britaniyanın “Black Lives Matter” hərəkatının fəalı və “Taking the Initiative” Partiyasının (TTIP) siyasətçisi Saşa Conson Londonda atışma zamanı xəsarət alıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, zərərçəkmiş xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.
Partiyadaşları hadisənin qəsdən törədilmiş hücum olduğunu hesab edirlər.
London polisi daha əvvəl şəhərin cənubunda əyləncə gecəsinin keçirildiyi evlərdən birinin yaxınlığında atışma haqqında bildirib. Asayiş keşikçiləri hadisə ilə bağlı araşdırma aparırlar, ancaq insidentə hələ məqsədyönlü hücum kimi baxılmır.
“Hazırda Saşa reanimasiyadadır, o, əməliyyat edilib və əməliyyatdan sonra bərpa olunur”, – partiyanın feysbukdakı bəyanatında deyilir.
Partiyanın bəyanatına görə, Conson dəfələrlə təhdidlərə məruz qalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button