Dünya

Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb

İngiltərənin Yorkşir şəhərində koronavirusun yeni ştammı aşkar edilib, onun bilinən variantlardan daha çox yoluxucu olduğuna dair dəlil yoxdur.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şeffild Səhiyyə İdarəsinin rəhbəri Qreg Fell bildirib.
“VUI-21MAY-01 ştammının yayılmasını izləyirik və digər hallarda etdiyimiz kimi, epidemiyanı ehtiyatla lokallaşdırırıq. Bu ştammın Britaniyada və ya digər ölkələrdə əvvəllər aşkar edilmiş ştamlardan daha çox yoluxucu olmasına dair heç bir dəlil yoxdur, həmçinin istifadə olunan vaksinlərin ona qarşı daha az effektiv ola biləcəyinə dair heç bir dəlil yoxdur”, – Fell jurnalistlərə deyib.
O, insanlardan təşvişə düşməməyi xahiş edib və tövsiyə olunan sanitar tədbirlərin yoluxma ehtimalını azaltmaq üçün yetərli olduğunu söyləyib.
Fellin sözlərinə görə, indiyə qədər yeni ştamm ilə 49 yoluxma hadisəsi aşkarlanıb. Onların hamısı Yorkşirdə və Hamber bölgəsində (Yorkşirin şərqi ilə həmsərhəddir) qeydə alınıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button