Dünya

Britaniyada şəkər və duza vergi tətbiq edilə bilər

Böyük Britaniya hökuməti xalqın sağlamlığını qoruma üçün şəkər və duza vergilər tətbiq etməlidir.
“Report” xəbər verir ki, bu barədə Milli Qida Strategiyasında deyilir.
Mütəxəssislərin fikrincə, vergidən əldə olunan gəlirlər aztəminatlı ailələri tərəvəz və meyvə ilə təmin etmək üçün istifadə edilə bilər.
Hökümət, şəkərin hər kq-na görə 3 funt sterlinq (təxminən 7 manat) və işlənmiş qidalarda, restoranlarda, qida xidməti müəssisələrində istifadə üçün satılan duzun hər kq-na görə isə 6 funt (14 manat) vergi tətbiq etməlidir.
Müəlliflərə görə, böyük qida şirkətlərinin rəhbərləri rəqabət səbəbi ilə bu dəyişiklikləri hökumətin müdaxiləsi olmadan tətbiq edə bilməyəcəklərini etiraf edirlər.
Vergilərin tətbiqi ingilislərin gündəlik şəkər istehlakını adambaşına 4-10 q, duz istehlakını isə adambaşına 0,2-0,6 q azaldacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button