Dünya

Britaniyada tarixində ən gənc – 9 yaşlı narkotacir saxlanılıb

Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Birləşmiş Krallığının tarixində ən gənc narkotik alverçisini saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Mirror” bildirib. Qeyd edilir ki, söhbət orta məktəbin doqquz yaşlı şagirdindən gedir.
Nəşrin məlumatına görə, o, polis tərəfindən qadağan edilmiş kokainə görə tutulub. Ancaq məktəbliyə qarşı ittiham irəli sürmək mümkün olmayıb, çünki onun 10 yaşı yoxdur. İngiltərədə və Uelsdə cinayət məsuliyyəti bu yaşdan başlayır.
Asayiş keşikçilərinin versiyasına görə, oğlanı narkotik maddəni satmağa valideynlərindən biri, yaxud böyük qardaşı və ya bacısı məcbur edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button