Cəmiyyət

Britaniyalı nazir Azərbaycanın səhiyyə sistemindən danışıb

Britaniyanın Azərbaycandakı səfirliyi səhiyyə sahəsində təcrübə mübadiləsini təşkil etmək istiqamətində çalışır. Səfirliyin ticarət bölməsi “PwC” audit şirkətinin səhiyyə sahəsində apardığı marketinq tədqiqatlarının nəticələrinin təqdimatını keçirib.
“Report” Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə Bakıya səfərə gəlmiş Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin ixracat üzrə naziri Qrehem Stüart iştirak edib.
“Böyük Britaniya xəstəxanaların layihələndirilməsi, inşaatı və klinik tərəfdaşlıq da daxil olmaqla rəqəmsal səhiyyə və planlaşdırma, səhiyyə infrastrukturunun idarə olunması sahəsində qlobal liderdir. Bilirəm ki, Azərbaycanda səhiyyə ölkənin rifahının təmin edilməsində getdikcə daha çox rol oynayır”, – Q.Stüart deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button