Dünya

Britaniyanın baş naziri 56 yaşında evləndi

Böyük Britaniyanın baş naziri Boris Conson nişanlısı Kerri Simonds ilə şənbə günü Londonda evlənib.
“Report” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Toy Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsində baş tutub. Mərasimdə yalnız ailə üzvləri və cütlüyün dostları iştirak edib. Baş nazirin yaxın köməkçilərinin belə toydan xəbəri olmayıb.
Daha əvvəl medianın xəbər verdiyi kimi, 56 yaşlı Consonun rəsmi toy mərasimi 30 iyun 2022-ci il tarixində keçirilməli idi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button