İqtisadiyyat

BTC ilə bu il Türkiyə ərazisi ilə 84 mln. bareldən çox neft nəql edilib

Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 84 185 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,14% azdır.
“APA-Economics”in Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-may aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 94 743 min barel neft nəql edilib.
Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button