İqtisadiyyat

BTC ilə yanvar-apreldə 9 mln. tondan çox neft nəql edilib

Bu ilin yanvar-aprel ayında Azərbaycanda magistral neft kəmərləri ilə 11 903,8 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,2% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və yanvar-aprel aylarında kəmər vasitəsilə 9 062 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,9%-lik azalma).
“Dövr ərzində BTC kəməri ilə 1 289,1 min ton tranzit nefti də (13,3% azalma – red.) nəql edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button