İdman

Bu gün Avropa Liqasının finalı keçiriləcək

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşması Polşanın Qdansk şəhərində baş tutacaq.
2020/21 mövsümünün qalibi “Vilyarreal”la “Mançester Yunayted” arasında görüşdə bəlli olacaq. İndiyədək heç bir titulu olmayan İspaniya təmsilçisi ilk uğurunu Avropa səhnəsində gerçəkləşdirməyə çalışacaq. 2016/17 mövsümündə Avropa Liqasının qalibi olan Mançester təmsilçisi isə uğurunu təkrarlamaq üçün meydana çıxacaq.
Qdansk stadionundakı matçın baş hakimi fransalı Klemen Turpin olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa LiqasıFinal26 may23:00. “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)Baş hakim: Klemen Turpin (Fransa)Qdansk. Qdansk stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button