Dünya

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək 

Bu gün Bolqarıstanda 46-ci çağırış Milli Məclisə növbədənkənar parlament seçkiləri keçiriləcək.
“Report”un verdiyi məlumata görə, 6,7 milyon seçicinin səs verməsi üçün saat 7-də (Bakı vaxtı ilə 08:00 – Red) ölkə üzrə 13 minə yaxın seçki məntəqəsi açılacaq.
Seçki məntəqələrində asayişi qorumaq üçün təxminən 20 min polis səfərbər edilib. Seçkinin qeyri-rəsmi nəticələri saat 20.00-da – seçki məntəqələri bağlandıqdan sonra məlum olacaq.
Səsvermə koronavirus pandemiyası ilə əlaqədar 1,5 metrlik sosial məsafə gözlənilməklə təşkil olunacaq. Seçki məntəqələrinə daxil olan zaman tibbi maskadan istifadə məcburidir.
Xatırladaq ki, 4 apreldə ölkədə baş tutan parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya parlamentdə daha çox yer tutub.
Lakin onlar hökumət formalaşdıra bilmədikləri üçün ölkə rəhbəri Rumen Radev 11 iyulda Milli Məclisə növbədənkənar parlament seçkilərin keçirilməsi barədə qərar qəbul edib
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edib.
Millət vəkili seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcək.
Səfər iyulun 13-də başa çatacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button