Cəmiyyət

Bu il Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib

Bu ilin 6 ayı ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib.
O, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button