İqtisadiyyat

Bu il bir ölkə sakini ərzaq məhsullarına orta hesabla ayda 174 manat xərcləyib

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 383,1 mln. manatlıq, o cümlədən 10 436,8 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 946,3 mln. manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 1,1% artıb.
2021-ci ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 322,7 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 17,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button