İqtisadiyyat

Bu il Gürcüstan Azərbaycandan 1000 ton aviasiya yanacağı idxal edib

2021-ci ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 1000 ton aviasiya yanacağı idxal edib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları birliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycandan idxal ümumi idxalın 6.2%-ni təşkil edib. Təkcə cari ilin aprelində isə Gürcüstan Azərbaycandan 500 ton aviasiya yanacağı idxal edib ki, bu da həmin dövrdə ümumi idxalın 9.6%-ni təşkil edib.
Yanvar-aprel ayları ərzində Gürcüstanın aviasiya yanacağı idxalı həcmi illik müqayisədə 16.9% və ya 3.3 min ton azalaraq 16.2 min ton təşkil edib.
Hesabat dövründə Gürcüstanın əsas aviasiya yanacağı tədarükçüsü Türkmənistan olub – 10.3 min ton (63.6%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button