Cəmiyyət

Bu il məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə 98 müraciət daxil olub

Ötən il məişət zorakılığından əziyyət çəkmişlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.
Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il ərzində bununla bağlı quruma 179 ərizə və şikayət daxil olub.
Qeyd olunub ki, 2021-ci ilin ötən 5 ayında isə bu faktlarla bağlı 98 müraciət daxil olub: “Bütün ərizə və şikayətlərə baxılıb və araşdırıldıqdan sonra müvafiq məlumatlar yerli icra hakimiyyətlərinin nəzdində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarına göndərilib”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button