Dünya

Bu il Qazaxıstanda əhalinin siyahıyaalınması keçiriləcək

Qazaxıstan səfirliyi ölkədə əhalinin siyahıyaalınmasının keçiriləcəyi ilə bağlı məlumat yayıb.
Bu barədə “Report” Qazaxıstan səfirliyinin “Facebook”da dərc olunmuş rəsmi məlumatına istinadən xəbər verir.
“Qazaxıstan Respublikası prezidenti yanında islahatlar üzrə Ali Şuranın 29 yanvar 2021-ci il tarixli iclası zamanı dövlət başçısı tərəfindən verilmiş tapşırığa və “2021-ci ildə Qazaxıstan Respublikasında Milli siyahıyaalmanın keçirilməsi haqqında” Qazaxıstan hökumətinin 19 iyun 2019-cu il tarixli 419 saylı qərarına əsasən 2021-ci il sentyabrın 1-dən oktyabrın 15-dək və ya 2021-ci il oktyabrın 1-dən oktyabrın 15-dək Qazaxıstan Respublikasında əhalinin onlayn rejimdə, planşetlərdən istifadə etməklə siyahıya alınmasının keçirilməsi planlaşdırılıb”, – səfirliyin məlumatında deyilir.
Məlumatda o da qeyd olunur ki, ölkə xaricində yaşayan Qazaxıstan vətəndaşları “www.sanaq.gov.kz” saytı və ya “Aitu” tətbiq proqramından istifadə etməklə sosial şəbəkələr vasitəsilə siyahıyaalınmada iştirak edə biləcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button