İqtisadiyyat

“Bugatti” “Porsche” və “Rimac”ın nəzarətinə keçir

Almaniyanın “Porsche AG” korporasiyası və Xorvatiyanın “Rimac Automobili” şirkəti arasında lüks idman avtomobilləri istehsalçısı “Bugatti”yə sahib olacaq birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə “Porsche” şirkətinin açıqlamasında deyilir.
Qeyd edək ki, son 20 il ərzində “Bugatti”yə sahib olan “Volkswagen AG” konserni elektrikli nəqliyyat vasitələrinin istehsalına daha çox diqqət yetirmək və 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandırmaq niyyətində olduğundan “Bugatti” brendini sözügedən birgə müəssisənin nəzarətinə keçirir.
“Antiinhisar orqanlarının şərtlərinə görə, “Bugatti-Rimac” birgə müəssisəsi bu ilin IV rübündə qeydiyyata alınacaq və qərargahı Zaqrebdə (Xorvatiya) yerləşəcək. “Rimac Automobili” şirkəti səhmlərin 55%-nə, Xorvatiya istehsalçısının 24% payına sahib olan “Porsche” isə 45%-nə nəzarət edəcək. Birgə müəssisənin rəhbəri “Rimac Automobili”nin təsisçisi və sahibi Mate Rimats (Mate Rimac) olacaq. Yeni şirkət əvvəlcə “Bugatti Chiron” modellərini və “Rimac Nevera” elektromobillərinin istehsalı ilə məşğul olacaq, həmçinin “Bugatti” elektromobilləri də daxil olmaqla yeni elektrikli nəqliyyat vasitələri modelləri üzərində işləyəcək”, – açıqlamada qeyd olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button