İdman

Burak Yılmaz Fransada mövsümün futbolçusu adına namizəd olub

Fransada mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Liqa1-də fərqlənən 5 futbolçu bu mükafata iddia edir.
Namizədlərdən ikisi PSJ-də çıxış edən Neymar və Kilian Mbappedir. Onlarla yanaşı, “Monako”nun pleymeykeri Vissam Ben Yedder, “Lion”un hücumçusu Memfis Depay və “Lill”in qolçusu Burak Yılmaz da ilin futbolçusu adına namizəddir.
Qeyd edək ki, Liqa1-də sona 2 tur qalmış “Lill” 79 xalla turnir cədvəlinə başçılıq edir. Çempionatın bombardirlər yarışında isə Kilian Mbappe 25 qolla zirvədədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button