Dünya

Burkina Fasoda hücum zamanı öldürülənlərin sayı 160 nəfərə çatdı

İyunun 5-ə keçən gecə Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə silahlıların hücumu nəticəsində həlak olan dinc sakinlərinin sayı 160 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyətə istinadən “Agence France-Presse” (AFP) bildirib.
“Ötən gün biz təxminən 20 uşaq daxil olmaqla, üç qardaş qəbiristanlığında 160 insanı dəfn etdik”, – müsahib agentliyə bildirib. Daha əvvəl AFP 138 nəfərin həlak olması haqqında məlumat yayıb.
Burkina Fasonun bu hissəsində 2015-ci ildən silahlıların hücumu zamanı əhalinin arasında bu qədər böyük sayda insan qurbanları olmayıb. Ölkə hökuməti faciə ilə əlaqədar üçgünlük milli matəm elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button