İdman

“Bütün dünya həmin hadisədən sonra həyatın, futbolun dəyərini bildi”

“Oyuna yaxşı başladıq. Tapşırıldığı kimi çıxış etdik”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Danimarka millisinin baş məşqçisi Kasper Hyulmanda məxsusdur.
O, AVRO-2020-nin 1/4 final mərhələsində Bakıda Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlamalarına mətbuat konfransında münasibət bildirib: “İkinci hissəyə ağır başladıq. Rəqib yaxşı pressinq etdi, oynamağımıza imkan vermədi. 3-cü qola şansımız var idi. Rəqib də əzmkar oynadı. Təzyiqə baxmayaraq, qələbə qazandıq. Bəzi oyunlarda bundan daha rahat qalib gəlmişik. Bu komanda ilə yarımfinala çıxdığımız üçün qürurluyam”.
Çalışdırıcı yarımmüdafiəçiləri Kristian Eriksenin başına gələnlərdən də danışıb: “Bütün dünya həmin hadisədən sonra həyatın, futbolun dəyərini bildi. Mən daim Erikseni düşünürəm. O da bizimlə burada olmalı idi. Eriksenin Londonda bizimlə birgə olmasını istəyirik”.
Hyulmand hədəflərinin “Uembli”dəki finala qədər irəliləmək olduğunu vurğulayıb: “Biz 1986 və 1992-ci ilin əfsanələri ilə böyümüşük. Bu da futbolçularımıza əlavə motivasiya verir. Mümkün olsaydı, bugünkü oyuna minlərlə azarkeş gələrdi. Sanki öz meydanımız idi. Matçda nəzarət bizim əlimizdə idi. Ümid edirəm ki, minlərlə azarkeş İngiltərəyə gedə biləcək”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button