Cəmiyyət

Cəlilabadakı qətlin təfərrüatı: keçmiş arvadına 17 bıçaq zərbəsi vurub

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.”Report”un Muğan bürosunun məlumatına görə, hadisə hadisə mayın 27-dən 28-nə keçən gecə 3 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu ailə məişət zəminində aralarında yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı, həmkəndlisi, 1975-ci il təvəllüdlü Xanəliyeva Rəna Allahqulu qızına 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar. Onların boşanmasından artıq 10 il ötüb. Hadisədən əvvəl isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xətəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, R.Xanəliyevanın 2 övladı var.Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button