Cəmiyyət

Cəlilabadda ağır yol qəzası, sürücünün övladı ölüb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Nissan Sunny” markalı minik avtomobili yolun kənarına aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Ölənin şəxsin sürücünün azyaşlı övladı olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button