Cəmiyyət

Cəlilabadda avtomobil 49 yaşlı qadını vurdu

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb. Yolu keçən 1972-ci il təvəllüdlü Əliyeva Dürdanə Güləhməd qızını avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı D.Əliyevaya kürək sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin başvermə səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button