Cəmiyyət

Cəlilabadda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açıldı

Cəlilabad rayonunda 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini Məhəmməd Qədimov idarə etdiyi “Nissan Sunny” markalı minik avtomobilini yolun kənarına aşırıb. Hadisə nəticəsində onun 12 yaşlı qızı Rüqayyə Qədimli xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı həmçinin bir sərnişin də yüngül xəsarət alıb və ona ambulator tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button