Cəmiyyət

Cəlilabadda yanğın olub  |

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində, Akif Şıxəliyevə məxsus təsərüfatda qeydə alınıb.
Belə ki, ona məxsus talvarda yanğın baş verib. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və əməkdaşları cəlb edilərək yanğın söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan talvarın yanar konstruksiyaları 35 kvadratmetr sahədə və altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button