Cəmiyyət

Cəlilabadlı fermerlər çiyələklərini dünya bazarlarına çıxarmaq istəyir – VİDEO 

Cəlilabad rayonunda çiyələk təsərrüfatı ilə məşğul olan fermerlərin sayı artıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) “Report”un Muğan bürosuna verilən məlumata görə, əgər keçən il rayon ərazisində 450 hektar çiyələk əkilmişdirsə, cari ildə bu rəqəm 490 hektara yüksəlib.
Kartof, taxılçılıq kimi sahələrin ənənəyə çevrildiyi Cəlilabad rayonunda çiyələk artıq təkcə daxili bazarlara deyil, xarici bazarlara da çıxarılır.
Hazırda məhsul yığımına başlamış fermerlər builki mövsümdən xeyli razıdırlar.
Çiyələk təsərrüfatı ilə məşğul olan fermer Nazim Kərimov məhsuldarlığın artdığını vurğulayıb. O deyib ki, fermerler indi alıcılara “Murano”, “Klero”, “Sabrina” kimi ən yaxşı çiyələk sortunu təklif edir.
Fermer Səbuhi Cabbarov isə öz çiyələk sahəsini bu il 12 hektara qədər artırdığını və əsas hədəfinin məhsulun xarici bazarlara çıxarmaq olduğunu bildirib. O, xarici bazara çıxarılması üçün həm kifayət qədər məhsulunun, həm də sifarişinin olduğunu qeyd edib.
Hazırda yığımı davam edən çiyələklərin ilk növbədə Rusiya bazarlarına çatdırılması nəzərdə tutulub. Fermerlər bunun üçün şimal gömrük keçid məntəqəsində “Yaşıl keçid”in fəaliyyətinin geniş imkanlar yaratdığını bildiriblər.
Hər iki fermer çiyələk yığımına çoxsaylı işçi qüvvəsinin cəlb edildiyini vurğulayaraq bu mövsümü yüksək rəqəmlərlə başa vuracaqlarına inanırlar. Onlar əmin edirlər ki, yaxın illərdə Azərbaycan istehsalı olan çiyələk daha çox ölkələrə ixrac imkanında olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button