Dünya

Cənubi Koreyada hərbi-tibb helikopteri qəzaya uğrayıb

Koreya Respublikası ordusunun tibb xidmətinə məxsus helikopterin Poçxon şəhərində yerləşən hərbi bazada qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pasientin arxasınca gəlmiş helikopter uçuş-eniş zolağında eniş etmək istəyərkən qəzaya uğrayıb. Xəsarət almış 5 ekipaj üzvündən ikisinin vəziyyəti ağırdır.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı istintaq başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button