Dünya

Cənubi Koreyeda AES-də yanğın olub

Cənubi Koreyanın Ulsan şəhərində yerləşən Şin-Kori (Shin-Kori) Atom Elektrik Stansiyasında(AES) bu gün səhər yanğın hadisəsi baş verib.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, Nüvə Təhlükəsizliyi Komissiyasının (NSSC) bildirdiyinə görə, bir saatdan sonra söndürülən yanğına görə stansiyanın bir turbini dayandırılıb. Yerli qurumlar yanğının turbindəki bir qurğudan başladığını təsdiqləyiblər.
Hadisə nəticəsində insan tələfatı yaxud radiasiyanın artması barədə məlumat verilməyib.
Qeyd edək ki, 1,4 milyon kVt gücündəki stansiya 2019-cu ildə işə salınıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button