Dünya

“C5+1” Əfqanıstanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsini dəstəkləmir

“Mərkəzi Asiya dövlətləri və ABŞ Əfqanıstanda hakimiyyətin güc tətbiqi yolu ilə dəyişdirilməsini dəstəkləmir, bu ölkədəki münaqişənin dinc yolla tənzimlənməsinə yardımı davam etdirəcəklərini elan edirlər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mərkəzi Asiya ölkələri – ABŞ” (C5+1) formatında Daşkənddə keçirilən görüşün yekun bəyanatında bildirilib.
Yekun sənəddə terrorçuların və üçüncü tərəfin “C5+1”ə daxil olan ölkələri və ya başqa bir dövləti təhdid etmək üçün Əfqanıstan ərazisindən yararlanmalarının qəbuledilməzliyi də vurğulanıb.
Qeyd edək ki, “C5+1” (bu formata Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ daxildir) formatı 2015-ci ilin sentyabrında regional məsələləri müzakirə etmək üçün yaradılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button