İdman

Canluici Donnarumma bu gün PSJ ilə müqavilə bağlayacaq

“Milan”ın qapıçısı Canluici Donnarummanın PSJ-yə keçidi rəsmiləşir.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı qolkiper bu gün Fransa təmsilçisində tibbi müayinədən keçəcək.
Hazırda İtaliya millisinin heyətində AVRO-2020-də iştirak edən Donnarummanı yoxlamaq üçün parislilərin həkimi Kristof Baudo Romaya yollanıb. Tibbi müayinənin ardından gün ərzində qolkiperin keçidinin rəsmən elan olunması gözlənilir. Yeni komandası ilə 2026-cı ilin yayına qədər müqavilə bağlayacaq Canluicinin illik maaşı 10 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ötən mövsüm “Milan”ın heyətində 48 matçda iştirak edən Donnarumma “rossonyerlər”lə müqavilə müddəti bitdiyi üçün PSJ-yə havayı başa gələcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button