Cəmiyyət

Cavid Osmanov: “Radio dinləyici ilə aparıcının tet-a-tet münasibətini ifadə edir”

“Radio dinləyici ilə aparıcının tet-a-tet münasibətini ifadə edir”. Bu fikri Report Media Məktəbinin tələbələri ilə görüşdə məşhur radio və televiziya aparıcısı Cavid Osmanov bildirib.
Radio aparıcısı gənclərə radio sənətindən danışıb:
“Radio inanılmaz dərəcədə maraqlı, həm də çətin bir sahədir. İlk çətinlik vizual olaraq görünməməkdədir. Televiziyadakı vizual elementlər burada istifadə edilmir. Üstünlüyü də az deyil, radio efirində həmişə şəxsiyyətin rolu əhəmiyyətlidir, aparıcı “sizə niyə qulaq asırlar və ya asmırlar” sualını özünə verməlidir”.
Cavid Osmanov radioda komanda işinin əhəmiyyətli olduğunu da vurğulayıb:
“Həm radio prodüseri, həm baş prodüser, həm kreativ prodüser, həm də musiqi redaktoru proqramın ərsəyə gəlməsinə yardım edir. Musiqi seçimi də tək aparıcının işi deyil, bir çox məsələ hələ veriliş efirə getməmişdən öncə təyin edilir. Formata uyğun olaraq seçim olmalıdır. Aparıcı peşəkar komanda ilə daha yaxşı nəticə ortaya qoyur desək, yanılmarıq. Bu halda radio aparıcısının bilik bazası, daxili potensialı daha güclü ifadə oluna bilər”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button