İdman

“Çelsi” yay transferlərinə 150 milyon funt sterlinq xərcləyəcək

İngiltərənin “Çelsi” klubunun yay transferlərinə ayıracağı vəsait bəlli olub.
Apasport.az saytının məlumatına görə, London təmsilçisinin sahibi Roman Abramoviç yeni oyunçuların alınmasına 150 milyon funt sterlinq xərcləyəcək.
O, baş məşqçi Tomas Tuxelin işindən razıdır. Bu üzdən də almaniyalıya heyətin gücləndirilməsi üçün bu qədər vəsait ayrılması məqsədəuyğun sayılıb.
Ötən yay paytaxt klubu eyni məqsədlə 253 milyon funt xərcləmişdi. Frenk Lempardın baş məşqçi olduğu dövrdə bu vəsaitlə Timo Verner, Kay Haverts, Hakim Ziyeş, Ben Çiluell və Eduar Mendi transfer edilib.
Qeyd edək ki, Tuxel “Borussiya”dan Erlinq Haland, “Bavariya”dan Niklas Sulenin transferində maraqlıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button