İdman

Çempionlar Liqası: “Neftçi” səfərdə Tbilisi “Dinamo”sunu məğlub edib

Azərbaycan klubları üçün avrokubokların 2021/22 mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, qitə səhnəsinə çıxan ilk komandamız “Neftçi” olub.
Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Paytaxt təmsilçisi Gürcüstanda Tbilisi “Dinamo”sunun qonağı olub.
İki qonşu ölkənin flaqmanının duelində hesabı Azərbaycan çempionu açıb. Premyer Liqanın bombardiri kimi çempionluqda əvəzsiz pay sahibi olan Namiq Ələsgərov fərqlənib. Lakin ilk yarıdakı bu qoldan sonra müdafiəyə çəkilən “Neftçi” çox keçmədən topu qapısından çıxarıb.
İkinci hissənin əvvəlində Samir Abasovun yetirmələri yenidən hesabda önə keçib. Emin Mahmudovun ilk penalti zərbəsini qapıçı dəf etsə də, qayda pozuntusu səbəbindən kapitan 11 metrlik nöqtəyə təkrar yaxınlaşıb. O, dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. Bu qol “Neftçi”yə 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.
Çempionlar LiqasıI təsnifat mərhələsiİlk oyun7 iyul20:00. “Dinamo” (Tblisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan) – 1:2Qollar: Zoran Marusiç, 36 – Namik Ələskərov, 23, Emin Mahmudov, 56 (pen.)Baş hakim: David Fuksman (İsrail)“Dinamo”: 30. Roin Kvasxvadze, 22. Fabian Mitçel Sporkslede, 39. Saba Xvadaqiani, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 12. Levan Xarabadze, 8. Milan Radin, 6. Bakar Kardava, 21. Giorgi Kutsia, 32. Zoran Marusiç, 9. Giorgi QabedavaEhtiyat oyunçular: 13. Omar Migineyşvili, 3. Aleksandre Kalandadze, 5. Davit Kobouri, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodari İaşvili, 25. Tomike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari KavtaradzeBaş məşqçi: Kaxaber Sxadadze“Neftçi”: 30. Aqil Məmmədov, 20. Mərt Çelik, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 11. Harramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 7. Namik ƏləskərovEhtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbəzadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal NəcəfovBaş məşqçi: Samir AbasovTbilisi. Boris Payçadze “Dinamo Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button