İdman

Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

Çempionlar Liqasında (ÇL) 2021/22 mövsümünün ilk püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə ilkin təsnifat mərhələsinin yarımfinal cütləri müəyyənləşib.
Yarımfinalın oyunları iyunun 22-də, final matçı isə 25-də təşkil baş tutacaq. Bütün qarşılaşmalar Farer adalarında keçiriləcək və bir oyundan ibarət olacaq.
Finalda qələbə qazanan klub ÇL-in I təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin mərhələnin ilk görüşləri iyulun 6-7-də, cavab matçları isə 13-14-də olacaq. Digər 3 komanda isə mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsindən davam etdirəcək.
Çempionlar Liqasıİlkin təsnifat mərhələsi, yarımfinal22 iyun“Folqor” (San-Marino) – “Priştina” (Kosovo)“HB Torshavn” (Farer adaları) – “İnter” (Andorra)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button